Partlayışda yaralananların son vəziyyəti açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki beşmərtəbəli binada partlayış hadisəsi baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, eyni zamanda Bakı Regional Mərkəzinin əməkdaşları cəlb olunublar.
Hadisə nəticəsində 2-si kişi, 3-ü qadın olmaqla 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.
“AFEN Plaza”nın sahibi Əbülfət Əliyevin sözlərinə görə, qeyd olunan ərazidə yol təmiri işləri zamanı yerin altındakı qaz xətti zədələnib. O iddia edir ki, bundan sonra binaya yoldan qaz sızması baş verib:
“Binanın içində qaz yoxdur. Qazıntı işləri zamanı qaz xəttini zədələdilər. Onu təmir etsələr də, görünür, uğurlu olmayıb”.
“Azəriqaz” İstehsalat Birliyindən isə bildirilib ki, ətrafdakı boru xətlərində hansısa nasazlığın yaranması ilə bağlı iddiaların səsləndirilməsi hələlik tezdir:
“Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. İstintaqın nəticəsi ilə bağlı cəmiyyətə məlumat veriləcək”.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
