Polis bölməsində arvadını qətlə yetirən şəxsə hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluq 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsində baş verən qətllə bağlı rəsmi məlumat yayıb.
Post-patrul xidmətinin əməkdaşı İsmayıl Məmmədov ondan şikayət etməyə gələn həyat yoldaşı Xanım Məmmədovaya inzibati binada, azyaşlı uşaqlarının gözləri qarşısında odlu silahdan ardıcıl 15 dəfə atəş açaraq onu xüsusi amansızlıqla qəsdən öldürüb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Xanım Məmmədovanın ölümünə döş və qarın boşluqlarından daxilə keçən, ciyərlərin zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə səbəb olub.
Məhkəmə iclasında İsmayıl Məmmədov özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmadığını, ona ən ağır cəza verilməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
