Polisə hədə-qorxu gəldi ki... | Salyanda baş verən hadisənin təfərrüatları
Yeniliklərdən dərhal xəbərdar olun
“Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Salyan rayonu ərazisində yerləşən stasionar postunda “KİA” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb”.
Bu barədə BDYPİ məlumat yayıb.
Məlumata görə, sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb, lakin Yol Patrul Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb.
Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib.
“Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin valideyni övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, Dövlət Yol Polisi əməkdaşlarına hədə-qorxu gələrək müqavimət göstərib”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
- Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR
