Polislərdən narkotik əməliyyatı | Saxlanılanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlayıb.
Əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 54 yaşlı Elşad Zeynalov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Onun bir müddət əvvəl narkotikləri kultivasiya yolu ilə yetişdirərək əldə etdiyi və satış məqsədilə özündə saxladığı müəyyən olunub.
Faktla bağlı cinayət iși başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Həmçinin külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən şəxs də ələ keçib. Yanvarın 28-i saat 04:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı, 41 yaşlı Mollayı Meysən Allahbaxış saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Ağcabədi teqi istifadə olunub
- Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV
- "Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV
- Ağcabədidə güclü külək sakinlərə çətin anlar yaşatdı - 24 SAAT
- Ağcabədidə güclü külək ağacı kökündən qopardı: Ciddi fəsadlara səbəb oldu - Baku TV
- "Şokdayıq, belə şey olmamışdı" | Əmioğluları kim öldürdü? | Duelə çağırıb, çatan kimi..." - Baku TV
