Pleyeri seçin:

"Şokdayıq, belə şey olmamışdı" | Əmioğluları kim öldürdü? | Duelə çağırıb, çatan kimi..." - Baku TV

27 aprel 2026 512 baxış

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində qətl hadisəsi baş verib.

22 yaşlı Əliniyaz Əliyevin 30 yaşlı Şaiq Mamedov və onun əmisi oğlu, 37 yaşlı Həsən Mamedovu öldürdüyü bildirilir.

Mərhumun qohumu Pöhrüz İsmayılovun sözlərinə görə, hadisə toy mərasimindən sonra baş verib:

“Toydan gələn Əliniyaz yolda Şaiq adlı gənci və Həsəni mübahisəyə çağırıb. Daha sonra bıçaqla əvvəlcə Şaiqi qarın nahiyəsindən vurub. Həsən onu xilas etmək istəyərkən arxadan zərbə alıb. Hadisəni törədən şəxs daha sonra ətrafdakılara hədə-qorxu gəlib”.

Digər qohum İmran Daşdəmirov isə bildirib ki, hadisəni törədən şəxs əvvəlcə Şaiqi çağıraraq ona hücum edib:

“Şaiq hadisə yerinə çatan kimi bıçaqlanıb. Həsən dostunu götürmək istəyəndə o da kürəyindən zərbə alıb. Həsən hadisə yerində dünyasını dəyişib, Şaiq isə xəstəxanaya aparılarkən yolda vəfat edib”.

Məlumata görə, 12 ildir evli olan Şaiq Mamedovun övladı olmayıb və onun yaxın günlərdə ata olacağı bildirilir.

Ağcabədi rayon prokurorluğundan verilən məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsin qəsdən öldürülməsi) maddəsi ilə cinayət işi başlanıb. Əliniyaz Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 512 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 512 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 512 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 512 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 512 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 512 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 512 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 512 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 512 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 512 baxış
Seçilmişlər
icon