Hadisə
Pleyeri seçin:

Pul istədim, o isə məni təhqir etdi | Borca görə başlanan mübahisənin faciəvi sonu

30 oktyabr 2024

Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən 19 yaşlı Rəhim Əsədovun cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rəhim Əsədovun ifadəsi dinlənilib.

Onun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında müəyyən ziddiyətlər olduğundan prokurorun təklifi ilə Rəhim Əsədovun istintaq zamanı cinayət işinə əlavə edilən ifadəsi prosesdə elan edilib.

Təqsirləndirilənin ifadəsindən məlum olub ki, o, Rəşid İmanovu bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə tanıyıb.

Onun paylaşdığı fotolardan və həmin fotolara yazılan rəylərdən Rəşidin cinsi oriyentasiyasında fərqlilik olduğunu hiss edərək ona bu kimi fotoların yayılmasına görə iradını bildirib.

Sosial şəbəkədə yazışarkən Rəhim Rəşidə pula ehtiyacının olduğunu deyərək ondan 50 manat istəyib.

Rəşid pulu vermək üçün Rəhimin onun Balaxanı qəsəbəsində yaşadığı evə gəlməsini istəyib.

Təqsirləndirilən Rəhim Əsədov istintaqa ifadəsində deyib ki, o, Rəşidin evinə getdikdən sonra onun təklifi ilə ilk dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə olaraq bunun müqabilində də 50 manat alıb.

Onların ikinci görüşü isə bir müddət sonra baş tutub. Rəhim yenidən ondan 100 AZN borc istəyəndə Rəşid onu bu dəfədə Balaxanıda Fazenda adlanan ərazidəki evinə dəvət edib. Onlar həmin evdə görüşərkən qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Rəhim ondan 100 manat istəyərkən Rəşid onu təhqir edərək nalayiq söyüşlər söyüb. Rəhim bu zaman evdən tapdığı bıçaqla onun boğazından iki zərbə vuraraq qətlə yetirib və hadisə yerindən qaçıb.

Zərərçəkənin hüquqi varisi olan atası Rüstəm İmanov ifadəsi zamanı oğlunu öldürən Rəhimi bağışladığını, ondan şikayətçi olmadığını deyib.

Qeyd edək ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Hadisə
21 noyabr 2024
6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

Hadisə
21 noyabr 2024
Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Hadisə
21 noyabr 2024
Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Hadisə
21 noyabr 2024
Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Hadisə
21 noyabr 2024
Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Hadisə
19 noyabr 2024
Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Hadisə
19 noyabr 2024
Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Hadisə
19 noyabr 2024
34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu

34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu

Hadisə
19 noyabr 2024
Övladı üçün gələn ana canından oldu | Bakıdakı tükürpərdən qətlin detalları

Övladı üçün gələn ana canından oldu | Bakıdakı tükürpərdən qətlin detalları

Hadisə
19 noyabr 2024
Seçilmişlər
icon