Pleyeri seçin:
Qadağaya görə evlənə bilmədi, qaynı öldürdü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda 32 yaşlı kişini qaynı qətlə yetirib.
Baku Tv xəbər verir ki, ağır yaralanan şəxs dünyasını dəyişib.
Qətl hadisəsi dünən gecə saatlarında rayonun Ərkivan qəsəbəsində baş verib. 22 yaşlı Kənan Bəyoğlanlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 32 yaşlı Malik Şiriyevi bıçaqlayaraq öldürüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib.
Qəsəbə sakinlərindən öyrəndiyimiz məlumata görə, mərhum Malik Şiriyev cinayəti törətmiş Kənan Bəyoğlanlının bacısı ilə rəsmi nikahı olsa da, bu il karantin rejiminin qaydalarına görə toyları təxirə düşüb. Sonradan boşanmaq qərarına gələn cütlüyün işi məhkəmədədir.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Kopyalandı
