Pleyeri seçin:

Qadını 17 bıçaq zərbəsi ilə qətlə yetirdi

17 iyun 2023 128 baxış

"Qobu Park" kompleksində qadını 17 bıçaq zərbəsi ilə qətlə yetirən Asəf Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaqla müəyyən edilib ki, Asəf Cəfərzadə 2022-ci il fevalın 7-də, saat 10:00 radələrində qeyri-rəsmi münasibətdə olduğu Qənaət Fərmanovanın yaşadığı evdə olarkən qısqanclıq zəminində sevgilisini öldürmək qərarına gəlib. O, mətbəxdən götürdüyü bıçaqla Qənaət Fərmanovanın həyatına xüsusi amansızlıqla son qoyub.

İş üzrə dindirilən Asəf Cəfərzadə həyat yoldaşı ilə boşandığını, Qənaət Fərmanova ilə 2018-ci ildə tanış olduğunu bildirib.

Qadın 2013-cü ildə ərindən ayrılıb və himayəsində 2 oğlu olub. Keçmiş həyat yoldaşı vaxtaşırı övladını görmək üçün Qənaətin evinə gəlib-gedib. Asəf Cəfərzadə fevralın 7-də sevgilisinin evində olarkən onun bədənindəki qançır izinin səbəbini soruşub. Qadın isə 7-8 gün əvvəl oğlunun ad günündə keçmiş əri ilə görüşdüyünü və intim münasibətdə olduğunu deyib. Eşitdiklərindən əsəbiləşən A.Cəfərzadə mətbəxdən bıçaq götürərək qonaq otağına qayıdıb. Divanda əyləşən sevgilisindən keçmiş əri ilə niyə görüşdüyünü soruşub və onu təhqir edib. Q.Fərmanova da qarşılığında onun keçmiş arvadı, qızı və gəlini barədə xoşagəlməz ifadələr işlədib. Bundan sonra A.Cəfərzadə qadına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Hadisəni törətdikdən sonra sevgilisinin evindən pulunu özünün ödədiyini iddia etdiyi 2 ədəd telefon və televizoru aparıb.

A.Cəfərzadə növbəti dəfə dindiriləndə isə bildirib ki, cinayətin əsl səbəbi hadisədən bir neçə gün əvvəl Qənaətin başqa şəxslə Xırdalanda yerləşən “Vulkan” hotelində görüşməsi olub. Məhz buna görə onu qətlə yetirib. Hadisədən sonra isə zəng edərək bu barədə onun qardaşına məlumat verib.

Məhkəmə iclasında A.Cəfərzadə ittiham üzrə özünü qismən təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 128 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 128 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 128 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 128 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 128 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 128 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 128 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 128 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 128 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 128 baxış
Seçilmişlər
icon