Pleyeri seçin:

Qan itirə-itirə 700 metr qaçıb | Ülviyyə Namazova məşhur müğənniyə edilən hücumdan danışdı

09 oktyabr 2024 342 baxış

Bakıda, Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində Vüqar Namazov adlı müğənni bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı “Oxu.Az”a açıqlamasında hadisə ilə bağlı təhqiqat aparıldığını bildirib.

Onun sözlərinə görə, oktyabrın 5-də saat 23:00 radələrində paytaxtın Binəqədi rayonu, 1-ci mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub:

“Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”. Bıçaqlanan şəxsin müğənni bacısı Ülviyyə Namazova qardaşını Binəqədidə göl kənarında bıçaqladıqlarını deyib:

“Hər gün bir yerdə oturub durduqları adamdır. Hadisə baş verəndə Azərbaycanda deyildim. Bu hadisə 3 gün əvvəl olub. Yeyib-içiblər. Oğlan məhəllədə reket kimi danışan biridir.

Qardaşım maşında musiqiyə səs veribmiş, o da deyib, mahnının səsini al. İçkili halda onlar arasında mübahisə yaranıb. Oğlan qardaşıma yumruq atıb. Qardaşım da deyib ki, bura məhəllədir, qadınlar var, gəl gedək başqa yerdə danışaq, görək mənə niyə əl qaldırırsan. Qonşu da deyib ki, mənim maşınımla gedək.

Qardaşım da razı olub, deyib, hara istəyirsən gedək. Qardaşımı 3 nəfər qonşu maşına mindirib. Binəqədidə göl kənarında sıx meşəlik var, orada isə heç kim olmur, aparıb orada bıçaqlayıblar. Xəstəxanaya da aparmayıblar. Gəlib deyib ki, vurdum öldürdüm. Məhəllədə qardaşımın dostu var, bunu eşidib, qonşularla oraya qaçıb. Bu şəxs qardaşımı vurduğu yeri də deməyib. Qardaşım deyir ki, ayıldım ki, sıx meşəlikdəyəm, öləcəyəm, işıq gələn yerə çıxdım. O, qan itirə-itirə 600-700 metr meşənin çölünə doğru qaçıb.

Qardaşım işıq gələn yerə çıxmasa, qonşu onu tapmasa, qanitirmədən öləcəkdi. Bundan sonra xəstəxanaya aparılıb. Ona 3 bıçaq zərbəsi endirilib. Biri mədəsinə tuş gəlib, mədəsi deşilib. Biri döş qəfəsinə dəyib, biri də onikibarmaq bağırsağına. Hazırda vəziyyəti yaxşıdır, palatadadır”.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 342 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 342 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 342 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 342 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 342 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 342 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 342 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 342 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 342 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 342 baxış
Seçilmişlər
icon