Qaradağda itkin düşən 15 yaşlı qızın anası fəryad etdi | Şübhələnirdim, kiminləsə danışırdı...
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yaşayan 2009-cu il təvəllüdlü Qasımova Ruhiyyə Araz qızı itkin düşüb.
Anasının sözlərinə görə, ondan 2 gündən çoxdur ki, xəbər ala bilmir:
“Aprelin 5-i səhər saatlarında evdən çörək almaq adı ilə gedib, uşağı götürüblər. 9-cu sinif şagirdidir, imkansızlıqdan məktəbə getmirdi. İki-üç gündür şübhələnirdim, telefonda kiminləsə danışırdı.
Soruşanda deyirdi ki, qonşunun qızı ilə, ya da rəfiqəmlə danışıram. Bilirdim ki, həyatında kimsə var. Oğlanın qızımı maşına salıb apardığına dair görüntülər var. Tovuzda avtovağzalda düşüblər, başqa bir maşına miniblər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, axtarış elan olunub. Yeniyetmənin tapılıb ailəsinə verilməsi istiqamətində tədbirlər görülür.
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
