Pleyeri seçin:
Qaradağda saxlanılan şəxsdən etiraf | Əməliyyatın detalları üzə çıxdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb.
Onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Bundan başqa, Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər nəticəsində vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib.
Kopyalandı
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
