Qaxda 70 yaşlı kişi itkin düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Həsil oğlu Yusifovun itkin düşməsi barədə onun yaxınları Qax Rayon Polis Şöbəsinə məlumat veriblər.
Məlumata görə, Davud Yusifov mayın 25-də axşam saatlarında yaşadığı evdən siqaret çəkmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Uzun illərdir həyat yoldaşı ilə birlikdə yaşayan 70 yaşlı Davud Yusifov bu vaxta qədər bir dəfə də olsun evi tərk etməyib.
Onun son vaxtlar özünə qapandığı, vaxtını yatmaqla keçirdiyi də deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, itkin düşən şəxslə bağlı hazırda axtarış tədbirləri davam edir.
Qeyd edilib ki, Davud Yusifov evdən çıxarkən üzərində pul və şəxsiyyət vəsiqəsi də götürməyib. Onu görənlərin Qax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
#Qax teqi istifadə olunub
- Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI
- Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI
- “Nə alan var, nə soruşan” | Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
- Görüşdə hansı rayonların sakinlərinin müraciətləri dinləniləcək? - Baku TV
