Qaxda dəhşətli avtomobil qəzası | Hadisənin təfərrüatı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Əmircan kəndi ərazisində qeydə alınıb.
25 yaşlı Günay Hüseynovanın idarə etdiyi avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı iki aylıq körpə, sürücünün baldızı 23 yaşlı Nuranə Abbasovanın oğlu Cəsur Abbasov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Nuranə Abbasova və 2 yaşlı qızı Nəsər Abbasova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Nuranə Abbasovanın müalicəsi xəstəxanada davam etdirilir. 2 yaşlı Nəsər Abbasovanın xəsarəti yüngül olduğundan tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qəza zamanı sürücü Günay Hüseynova xəsarət almayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
#Qax teqi istifadə olunub
- Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI
- Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI
- “Nə alan var, nə soruşan” | Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
- Görüşdə hansı rayonların sakinlərinin müraciətləri dinləniləcək? - Baku TV
