Qayda pozaraq qəza törədən sürücü digər avtomobilə çırpılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonunda qayda pozan sürücü digər avtomobilə çırpılıb.
Hadisə Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib.
“Range Rover” markalı minik avtomobili Hənifə Ələsgərov küçəsində hərəkətdə olarkən “Yol ver” nişanının tələbini pozub.
Bu zaman nəqliyyat vasitəsi M.Qaşqay küçəsi ilə hərəkətdə olan “Renault” markalı avtomobilə, daha sonra səkiyə və qaz borusuna çırpılıb.
İlkin məlumata görə, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində olan işıqfor işləməyib. Bu zaman “Range Rover” həmin yoldakı “Yol ver” nişanının tələbini pozaraq digər yoldan gələn nəqliyyat vasitələrini gözləmədən işıqfordan keçməklə yoluna davam edib.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və yol infrastrukturuna ziyan dəyib.
Əraziyə Nəsimi Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
