Qayınatasını bıçaqlayan kişi ailəsindən pul alıb keçmiş arvadını öldürdü - SONUNCU ŞAHİD
Yeniliklərdən dərhal xəbərdar olun
Kişi boşandığı həyat yoldaşını işlədiyi gözəllik salonunda qətlə yetirib.
Belə ki, Ayşə Mahirlə (Adlar şərtidir) boşandıqdan sonra Bakıya gələrək gözəllik salonlarından birində işləməyə başlayır. Mahir isə davamlı olaraq Ayşəyə zəng edib bir gün ayrıldıqlarına görə cavab verəcəyini deyir.
Bir gün Mahir Ayşənin iş yerinə gələrək onunla danışmaq istəyir. Ayşə isə Mahirə boşandıqlarını xatırladaraq onu bir də narahat etməməsini söyləyir. Daha sonra Mahir kafeyə gedərək çay şifariş verib sanki heç nə olmamış kimi davranır. Sonra isə Ayşə haqqında düşünür və ona qəzəblənir.
Şəhər kənarındakı hostellərin birində qalan Mahir bir gün sonra Ayşəni yenidən görmək üçün onun işdən çıxma vaxtının çatmasını gözləyir.
Ayşə işdən çıxan kimi boşandıqdan sonra tanış olduğu Ruslan adlı oğlanla görüşüb restorana gedir. Burada söhbət edərkən Mahir onları izləyir. Ağlına müxtəlif fikirlər gələn Mahir Ruslanla Ayşə barədə düşünərək psixoloji vəziyyətinə nəzarət edə bilmir.
Səhər saatlarında Mahir Ayşənin yaşadığı evə yollanaraq işə gedərkən yenidən onu izləməyə başlayır. Daha sonra Ruslanla Ayşənin görüşdüyünü, qucaqlaşdığını görür. Onlara yaxınlaşmaq istəsə də, buna cəsarət etmir.
Sonra Mahir gözəllik salonuna girərək bıçaqla Ayşənin üstünə doğru gəlir. Ayşə qaçmağa çalışsa da, bu, mümkün olmur. Mahir çoxlu bıçaq zərbələri endirərək onu qətlə yetirir.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
