Pleyeri seçin:

Qaynaq etmək istəyən sürücü dəhşət yaşadı | Salyandakı hadisənin detalları

26 yanvar 2025 267 baxış

Salyanda iritonnajlı yük maşınının çəninin partlaması nəticəsində nəqliyyatın sürücüsü və onun oğlu yanıq xəsarətləri alıb.

Hadisə rayonun Şorsulu kəndində baş verib.

Belə ki, sürücü Paşa Əliyev özünəməxsus TIR yük maşınında qaynaq işləri apararkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

Yanğın yerinə Fövqaladə Hallar Nazirliyinin müvafiq yerli bölmələri çağrılıb. Yanğının yaxınlıqdakı elektrik xətlərinə keçməməsi üçün ərazidə işıqlar dərhal söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri – 42 yaşlı Paşa Əliyev və onun oğlu 16 yaşlı Qismət Əlizadə müxtəlif dərəcəli texniki yanıq xəsarətləri alıblar.

TƏBİB-dən bildirilib ki, 25 yanvar saat 18:00 radələrində 2 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü şəxsə hər iki əlin II dərəcəli termiki yanığı, sağ ayağın II dərəcəli termiki yanığı diaqnozları təyin edilib. Zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

2009-cu il təvəllüdlü şəxsə yanağın, alının II dərəcəli termiki yanığı, hər iki saidin və əlin II dərəcəli termiki yanığı, hər iki baldırın və ayağın II dərəcəli termiki yanığı diaqnozları təyin edilib.

İlkin tibbi yardım göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 267 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 267 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 267 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 267 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 267 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 267 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 267 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 267 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 267 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 267 baxış
Seçilmişlər
icon