Qəbələdə 3 il əvvəl törədilən dəhşətli qətlin üstü açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Daha bir ağır cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumata görə, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 3 il əvvəl ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun 25 dekabr 2021-ci il tarixdə qeyri-aşkar şəraitdə aldığı xəsarətlərdən ölməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, əməli törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.
Oğuz rayon prokurorluğunda cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və rayon polis şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan 1973-cü il təvəllüdlü Mübariz Sultanovun arvadına qarşı xoşagəlməz ifadələr işlətməsini eşidərək Bəxtiyar Salahovu cəzalandırmaq məqsədilə sonuncunu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Mübariz Sultanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib, toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#Qəbələ rayonu teqi istifadə olunub
- “Belə yaşamaqdansa, kirayə qalmaq sərfəlidir” | Həll edilməyən problem sakinləri bezdirdi - Baku TV
- "Ağıllarına gələni yazırlar" | Ev sahibi Qəbələdəki müəmmalı ölümlə bağlı danışdı - Baku TV
- Qəbələdə istirahət üçün kirayələnən evdə dəhşətli hadisə
- Kirayə tutulan evdə nə baş verdi? - Qadının faciəvi sonu - Baku TV CANLI
- İstirahətə gedən qadın hovuzda ölü tapıldı | Qəbələdəki dəhşətli hadisənin səbəbi nədir? - Baku TV
