Qəbələdə ailə faciəsi | Qandonduran qətlin təfərrüatı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb, daha bir nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 17-də saat 20:00 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov odlu silahdan açılan atəşlə qətlə yetirilib. Həmçinin qadının 23 yaşlı nəvəsi Nurlan Məmmədalıyev xəsarət alıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Əlibaba Gəncimov ov tüfəngi ilə qadına və nəvəsinə atəş açıb. Eyni zamanda Nurlan Məmmədalıyev də tüfənglə Əlibaba Gəncimova atəş açıb.
Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
#Qəbələ rayonu teqi istifadə olunub
- “Belə yaşamaqdansa, kirayə qalmaq sərfəlidir” | Həll edilməyən problem sakinləri bezdirdi - Baku TV
- "Ağıllarına gələni yazırlar" | Ev sahibi Qəbələdəki müəmmalı ölümlə bağlı danışdı - Baku TV
- Qəbələdə istirahət üçün kirayələnən evdə dəhşətli hadisə
- Kirayə tutulan evdə nə baş verdi? - Qadının faciəvi sonu - Baku TV CANLI
- İstirahətə gedən qadın hovuzda ölü tapıldı | Qəbələdəki dəhşətli hadisənin səbəbi nədir? - Baku TV
