Qəbiristanlıqdan oğurluq edən saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yerləşən Səbiskar qəbiristanlığının nəzarətçiləri məzarların üzərindəki güldanların tez-tez yoxa çıxdığını müşahidə etdiklərindən nəzarəti artırmağa başlayıblar.
Çox keçməyib ki, qəbirləri qarət edənlərin izinə düşmək mümkün olub. Məlum olub ki, oğurluq əməlləri əlvan metal toplayanlar tərəfindən törədilibmiş. Belə ki, onlar gecə saat 12 radələrində iş başında yaxalanıblar.
Gecə saatlarında məzar ziyarətinə gəlmək fikrinə düşənlərin davranışları şübhə yaratdığından gözətçi onların avtomobilinin qeydiyyat nömrəsini yadında saxlayıb. Bir müddət sonra isə oğrular qəbiristanlığa geri qayıdıblar.
Qəbiristanlığın nəzarətçilərinin sözlərinə görə, bu, ərazidə baş verən ilk belə hadisə deyil. Bundan əvvəl də gecə saatlarında qəbirlər arasında səslər eşidilib və şübhəli şəxslər görünüb. Oğurluq əməlləri barədə məlumat alan Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İlkin törətdiyi əməli etiraf edib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. İ.İbrahimovun buna bənzər digər cinayət əməllərində iştirakının olub-olmadığı dəqiqləşdirilir.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
