Pleyeri seçin:

Qətl törətməkdə təqsirləndirilən Yusif İsmayılovun növbəti məhkəməsi keçirilib

22 may 2024 284 baxış

Bakıda kafelərdən birində xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şahidlərin ifadələri dinlənilib.

Hadisə baş verən kafedə inzibatçı vəzifəsində çalışan şəxs bildirib ki, həmin gün Yusif İsmayılov və Etibar Fətəliyevi müştəri kimi qəbul edərək onların otaqların birində oturmaları üçün şərait yaradıb. Bir qədər sonra onların oturduğu otaqdan nalayiq ifadələr, söyüşlər eşidilib. Ofisiantın hesabı almasının ardından onlar otaqdan bayıra çıxıblar. Bundan sonra otağa girən inzibatçı yerdə qan izlərini görüb və polisə məlumat verib.

Təqsirləndirilən Yusif İsmayılov bildirib ki, mərhum xalası oğlunun psixoloji problemləri olub. Mübahisə etdikləri obyekt onların daimi müştərisi olduqları yer olub. Onları orada hamı tanıyırmış. Yusif xalası oğlu Etibarın ilk nişanının pozulduğunu vurğulayaraq aralarındakı mübahisənin də məhz bu məsələ ətrafında baş verdiyini qeyd edib.

Məhkəmənin növbəti iclası mayın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarında Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov şəxsi münasibətlər zəminində xalası oğlu 1995-ci il təvəllüdlü Etibar Fətəliyevə bıçaqla boğazından xəsarət yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 284 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 284 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 284 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 284 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 284 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 284 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 284 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 284 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 284 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 284 baxış
Seçilmişlər
icon