Pleyeri seçin:
Qətlə yetirilən qadının anası danışdı: Zaqatalada dəhşətli cinayət
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib.
Qımır kənd sakini 34 yaşlı Aygün Həşimova Şamaxı rayon sakini 32 yaşlı Əli Səfərov tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun anası Zəminə Həşimova Baku TV-yə açıqlamasında dəhşətli hadisənin necə baş verməsindən danışıb:
“İşdən gələndə qabağını kəsib deyib ki, səni aparmağa gəlmişəm. O da deyib ki, getmək istəmirəm. Niyə məni qoyub getmisən deyib, qızıma dörd bıçaq vurub”.
Hadisəni törətməkdə şübhəli bilinən Əli Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Kopyalandı
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
