Qızının sevgilisini boğub maşınında gəzdirdi | Bakıda qandonduran qətl
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci il sentyabrın 7-də Sabunçu Rayon Polis İdarəsinə Bilgəh qəsəbəsi, R.Rza küçəsində yerləşən evdə yaşayan 16 yaşlı Hüseynağa Şeydabəyovun həmin tarixdə müəmmalı şəraitdə yoxa çıxması ilə əlaqədar müraciət daxil olub. Aparılmış araşdırma nəticəsində bir neçə gündən sonra həmin qəsəbədə yaşayan 53 yaşlı Babək Quliyev etiraf edib ki, əvvəl dəniz kənarında yeniyetməni döyüb, sonra isə boğaraq öldürüb.
İstintaqla müəyyən edilib ki, Babək Quliyev qızı ilə sevgi münasibətində olan, görüşmək məqsədilə gizlin onun evinə gəlmiş Hüseynağa Şeydabəyovun hərəkətlərindən xəbər tutub. Avqustun 26-da zəng vurub, qızı ilə bir daha görüşməməsi və onun yaşadığı ünvana gəlməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, sentyabrın 6-da axşam Hüseynağa evin həyətinə gəlib. Bunu görən Babək Quliyev onu tutub, qaraja salıb. Xəbərdarlıq etməsinə məhəl qoymadığı üçün qisas məqsədilə onu öldürmək qərarına gəlib.
Qarajdan götürdüyü iplə oğlanın əl-qolunu ön hissədən bağlayaraq, istifadəsindəki avtomobilinin arxa oturacağına əyləşdirib, onu sentyabrın 7-si gecə saat 1 radələrində dəniz kənarına gətirib. Orda maşından düşürüb, Hüseynağa Şeydabəyovun üzünə və bədənin digər nahiyələrinə şillə və yumruqla zərbələr vurub. Daha sonra ipi boğazına dolayıb sıxaraq zərərçəkmişi qəsdən öldürüb. Meyiti avtomobilinə yerləşdirən Babək Quliyev sentyabrın 7-si səhər saat 8 radələrində Lökbatan qəsəbəsində işlədiyi yerin yaxınlığında olan boş əraziyə gedib.
Ticarət Mərkəzinə aid traktorların təmiri işi ilə məşğul olduğu üçün onların açarları bəzən onda qalıb. İnsanların azaldığını gördükdən sonra cəsədi avtomobilin yük yerindən götürüb, çuxura atıb. Asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq tökərək, meyitin üstünü tamamilə örtüb. İfadəsinin yoxlanılması zamanı şübhəli şəxs bildirib ki, cəsədi su çəninin yanındakı 2 metrlik çuxura ataraq üstünü torpaqla örtüb. Meyit göstərilən yerdən aşkar edilərək, çıxarılıb.
Məhkəmənin qərarı ilə Babək Quliyev CM-nin köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə və qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddələri ilə təqsirli bilinib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
