Pleyeri seçin:

Qohumlar arasında qan töküldü | Şabranda küçənin ortasında dəhşətli qətl

11 oktyabr 2024 246 baxış

2020-ci il avqustun 1-nə keçən gecə Şabran rayon prokurorluğuna rayon sakini 1994-cü il təvəllüdlü Ələkbər Əmirovun aldığı bıçaq yarasından ölməsi barədə məlumat daxil olub. Eyni zaman bildirilib ki, ona xəsarət yetirən 1995-ci il təvəllüdlü Taleh Atamoğlanovu polis əməkdaşları saxlayıb.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ələkbər Əmirovun ölümünə sol bud arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub. Qanında 1,93% qatılığda etil spirti aşkar edilib ki, bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir.

İstitnaqla müəyyən edilib ki, 2020-ci il mayın 17-si saat 22:30-da Taleh Atamoğlanov dostları ilə birlikdə Qubada yerləşən kafelərdən birində ödəməli olduqları hesaba görə yaranmış mübahisə zamanı oranın icarədarı Bədirxan Muradovu nalayiq ifadələrlə təhqir ediblər. O, əlindəki pivə bakalını və özünə məxsus mobil telefonu yerə çırparaq sındırıb. Dava zamanı qərəzli hərəkətlərini davam etdirərək kafenin girişindəki masa və stulları yerə aşırıb, obyektə məxsus əmlakı məhv edib. Onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışan Bədirxan Muradova bədən xəsarətləri yetirib. Bundan başqa, Atamoğlanov avqustun 1-i gecə saat 2 radələrində sərxoş halda Şabran rayonunun Günəşli kəndində, yaşadığı evin qarşısında mübahisə zamanı dayısı oğlu Ələkbər Əmirovun sol bud nahiyəsinə bıçaqla zərbə vurub. Sonuncu xəstəxanaya aparılarkən kəskin qan itirmədən dünyasını dəyişib.

Məhkəmə iclasında Taleh Atamoğlanov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib. Zərərçəkmiş Bədirxan Muradov bildirib ki, ona qarşı şikayəti yoxdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Atamoğlanov 12 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 246 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 246 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 246 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 246 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 246 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 246 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 246 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 246 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 246 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 246 baxış
Seçilmişlər
icon