Pleyeri seçin:

Qol gücü "Tayson"u həbsə apardı: Amansız qətlin dəhşətli təfərrüatı

16 noyabr 2023 533 baxış

Yevlax Rayon Mərkəzi Xəstəxanasından hüquq-mühafizə orqanlarına rayon sakini Ceyhun Xəlilovun daxili qanaxmadan ölməsi barədə məlumat daxil olub. Araşdırmalarla müəyyənləşdirilib ki, Ceyhun Xəlilov Abşeron rayonu ərazisində “Tayson” ləqəbli Rasim Ramazanovla, dostları Xanlar Balayev və İmaməddin İbrahimov tərəfindən oğurlanaraq döyulub.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa çəlb olunub. Onların ifadəsindən məlum olub ki, hər üç şəxs psixotrop və narkotik maddə istifadəçisidir.

Mərhum Ceyhun Xəlilovla onların tanışlığı da elə bu səbəbdən yaranıb. Əslən Yevlaxdan olsa da, Xırdalanda ailəsi ilə birlikdə kirayədə yaşayan Ceyhun Xəlilov həmin ərazidə psixotrop və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. Özünü Xırdalandakı narkotacirlərdən haqq tələb edən şəxs kimi təqdim edən Rasim Ramazanov Ceyhundan həmin ərazidə sərbəst hərəkət etməsi üçün pul istəyib. İlkin olaraq 3000 manat, daha sonra isə onlara lazım olan qədər narkotik maddə və hər ay müəyyən qədər pul ödəməsini tələb edib. Əks təqdirdə isə yaxınlarına zərər yetirməklə hədələyib.

Ceyhun onların bu tələbi ilə razılaşsa da, bir müddət sonra deyilən məbləği ödəyə bilməyib. Dəstə üzvləri isə onu cəzalandırmaq qərarına gəliblər. Gecə saat 4 radələrində Rasim Ramazanov Ceyhuna zəng edərək onunla görüşüb, daha sonra isə bəhanəylə onu Xırdalandakı evinə apararaq orada girov saxlayıb.

Cinayət işində şahid kimi istintaqa cəlb olunan Elvin Məmmədov adlı taksi sürücüsü Rasim Ramazanovun sifarişi ilə onun mənzilindən əşya daşımağa gələrkən orada Ceyhun Xəlilovu döyülmüş vəziyyətdə görüb. Həmin mənzildə 8 saat qanunsuz saxlanılan Ceyhun Xəlilova müxtəlif işgəncələr verilib. Rasim Ramazanov ona idman alətləri ilə ağır xəsarətlər yetirərək, ailəsindən pul istəməyə məcbur edib. Ceyhun da həyat yoldaşı Leylaya zəng edərək, işinin dolaşığa düşdüyü üçün oğlu ilə dediyi ünvana təcili 1000 manat göndərməsini istəyib. Rasim pulu gətirəndən sonra Ceyhunu buraxıb, qalan hissəni də təcili çatdırmasını tələb edib.

Bir neçə gün sonra Ceyhun Xəlilovun daxilində kəskin ağrılar yaranıb, ailəsi onu Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Müayinə zamanı onun sağlam olduğu bildirilsə də, sonradan Mingəçevirdəki özəl xəstəxanada yoxlanışda məlum olub ki, zərbələrdən onun iki qabırğası sınıb, mədəsində kəskin qanaxma olub. O, müalicə üçün yenidən Yevlaxa gətirilsə də, xəstəxanada keçinib. Rasim Ramazanov saxlanılarkən üzərindəki çantadan cinayət zamanı istifadə etdiyi müxtəlif idman alətləri ilə yanaşı, soyuq silahlar və lüləsi kəsilmiş odlu silah müsadirə edilib.

Törətdikləri cinayətə görə hər üç şəxs Cinayət Məcəlləsinin 6 maddəsi ilə həbs olunaraq məhkəmə qarşısına çıxarılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rasim Ramazanov 13, İmaməddin İbrahimov 8, Xanlar Balayev isə 7 il azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə isə Rasim Ramazanovun həbs müddəti 11 ilə endirilib. 

DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR

DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR

Hadisə
24 iyun 2026 533 baxış
Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV

Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV

Hadisə
24 iyun 2026 533 baxış
İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV

İmişlidə ticarət obyektində güclü yanğın baş verib - Baku TV

Hadisə
24 iyun 2026 533 baxış
"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV

Hadisə
23 iyun 2026 533 baxış
“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

“Dedi ki, başımı kəssəniz də, danışmaram” | Dənizdə batan Vüqarın atası fəryad etdi - Baku TV

Hadisə
23 iyun 2026 533 baxış
Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Hadisə
23 iyun 2026 533 baxış
Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
22 iyun 2026 533 baxış
Nəsimi rayonunda bıçaqlanma hadisəsi | Sözləri çəp gələn iki qonşu... - Baku TV CANLI

Nəsimi rayonunda bıçaqlanma hadisəsi | Sözləri çəp gələn iki qonşu... - Baku TV CANLI

Hadisə
22 iyun 2026 533 baxış
Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

Hadisə
22 iyun 2026 533 baxış
Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV

Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV

Hadisə
22 iyun 2026 533 baxış
Seçilmişlər
icon