Pleyeri seçin:
“Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə hərbi hissənin qarşısında qeydə alınıb. İdarəetmədən çıxan “Hyundai” markalı minik avtomobili yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Bildirilir ki, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub.
Sakinlər hadisənin baş verdiyi ərazidə işıqlandırmanın olmadığını deyirlər. Onların sözlərinə görə, yolun qaranlıq olması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Toyuna hazırlaşan 24 yaşlı qızın faciəvi ölümü | Sakinlər dəhşətli hadisədən danışdı - Baku TV
- Sumqayıtın 77 illik yubileyi möhtəşəm atəşfəşanlıqla yadda qalıb - Baku TV
- Sumqayıtda avtomobil səkidə hərəkət edən piyadanı xəstəxanalıq edib - Baku TV
- Sumqayıtdakı bu yol niyə üçüncü dəfə çökdü? - Sakinlər narazılıq etdi - Baku TV CANLI
- Eyni yol üçüncü dəfə çökdü | Sumqayıt sakinləri baş verən hadisədən nə danışdı? - Baku TV
