Pleyeri seçin:

"Sən öz bacına edirsən bunu?!" | Həbsdəki qohumunun arvadına göz dikən dostunu öldürdü - KRİMİNAL

22 noyabr 2026

“Kriminal” verilişində bu dəfə 2024-cü il oktyabrın 27-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatları diqqətə çatdırılıb.

Həmin gün 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun bıçaq xəsarətləri alaraq ölməsi barədə polisə məlumat daxil olub. İstintaq materiallarına əsasən, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli bibisi oğlunun həyat yoldaşı Güldanə Əhmədovanın telefonunda qonşuluqda yaşayan Rüfət Rüstəmovun nömrəsini görüb. Bundan şübhələnərək onunla görüşməyə qərar verib.

Aralarında yaranan mübahisədən sonra onlar avtomobillə Ələt-Salyan yolunun 6-cı kilometrliyinə gediblər. Burada baş verən dava zamanı Əliəkbər Səmədli ov bıçağı ilə Rüfətə çoxsaylı zərbələr endirib. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Rüfətin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Əliəkbər bıçağı polisə təhvil verərək qətli törətdiyini etiraf edib. Məhkəmə-tibbi ekspertizasına görə, Rüfət qaraciyərinin zədələnməsi nəticəsində yaranan kəskin qanitirmədən ölüb. Onun telefonuna baxış zamanı hadisə günü Güldanə Əhmədovaya 42 dəfə zəng etdiyi də müəyyənləşib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü müdafiə etmək məqsədilə bıçaqdan istifadə etdiyini bildirsə də, məhkəmə onun əməlini qəsdən adam öldürmə kimi qiymətləndirib.

Prokuror 11 il həbs cəzası istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il aprelin 30-da çıxardığı hökmə əsasən, Əliəkbər Səmədli Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Banner
“Elə burada 100-dən çox adamı...” | Şəkidə küçə iti 4 yaşlı uşağa dəhşət yaşatdı - Baku TV

“Elə burada 100-dən çox adamı...” | Şəkidə küçə iti 4 yaşlı uşağa dəhşət yaşatdı - Baku TV

Hadisə
22 noyabr 2026
Şəkidə bazarın yaxınlığında it hücumu: 4 yaşlı qız xəstəxanaya aparıldı - Baku TV CANLI

Şəkidə bazarın yaxınlığında it hücumu: 4 yaşlı qız xəstəxanaya aparıldı - Baku TV CANLI

Hadisə
22 noyabr 2026
Sumqayıtda avtomobil səkidə hərəkət edən piyadanı xəstəxanalıq edib - Baku TV

Sumqayıtda avtomobil səkidə hərəkət edən piyadanı xəstəxanalıq edib - Baku TV

Hadisə
22 noyabr 2026
“Öldüyünü iki saat sonra xəbər verdilər” | Gənc ana faciəvi şəkildə həyatını itirdi - Baku TV

“Öldüyünü iki saat sonra xəbər verdilər” | Gənc ana faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
21 noyabr 2026
Şəmkirdə gənc ananın ölümü ilə bağlı hadisənin təfərrüatları - Baku TV CANLI

Şəmkirdə gənc ananın ölümü ilə bağlı hadisənin təfərrüatları - Baku TV CANLI

Hadisə
21 noyabr 2026
Xalq rəssamı Cahangir Rüstəmovun oğlu vəfat edib

Xalq rəssamı Cahangir Rüstəmovun oğlu vəfat edib

Hadisə
21 noyabr 2026
Bakıda meyiti aşkarlanan şəxsin kimliyi müəyyən edilib - Baku TV CANLI

Bakıda meyiti aşkarlanan şəxsin kimliyi müəyyən edilib - Baku TV CANLI

Hadisə
21 noyabr 2026
Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV

Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV

Hadisə
21 noyabr 2026
Orxan Kəngərli narkotik tərkibli həbləri kimlərə satıb? - Əməliyyatın detalları - Baku TV

Orxan Kəngərli narkotik tərkibli həbləri kimlərə satıb? - Əməliyyatın detalları - Baku TV

Hadisə
21 noyabr 2026
Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Hadisə
21 noyabr 2026
Seçilmişlər
icon