Hadisə
Pleyeri seçin:

Qonşusu ilə görüşən gəlinin xəyanətinin qurbanı qayınata oldu | SONUNCU ŞAHİD

19 iyul 2024

Qonşusu ilə görüşən gəlinin xəyanətinin qurbanı qayınata olub.

Belə ki, Bəşir Azadov (şərti ad və soyad) həyat yoldaşının ölümündən sonra şəhərdəki evini satıb, Bakıətrafı qəsəbələrdən birində bağ evi alıb. Oğlu ailə qurduqdan bir müddət sonra Rusiyaya işləməyə getdiyi üçün orada gəlininin yanında qalıb. Qonşular Bəşiri ailəcanlı, əxlaqlı və sakit insan kimi təsvir etdilər.

Bəşir işdə olduğu müddətdə onda belə şübhələr yaranmışdı ki, qonşusu Nail evlərinə heç də xoş niyyətlə gəlmir. Amma onlar ailəvi dost olduğu üçün Nail bu evə tez-tez gəlib-gedirdi.

Fəridə ilə Nail dəniz sahilində görüşürlər. Hər ikisi xoşbəxtlikdən uçur, sanki heç bir pis iş görmədiklərini düşünürlər. Onlar dənizkənarında olarkən Nail Fəridəyə həyat yoldaşını unutmasını, onunla boşanmasını, birlikdə yaşamalarını söyləyir. Fəridə isə bildirir ki, buna qayınatası razı olmayacaq. Bu zaman Nail bir az düşünərək Bəşirlə bağlı başqa planının olduğunu deyir.

Fəridə həmin gün evə Bəşirdən daha tez gəlir, paltarını dəyişir və heç nə olmamış kimi davranır. Bəşir isə sanki nəsə hiss edirmiş kimi onu kənardan izləyir. O, yataq otağına gedib Nail ilə telefonla danışır. Bu gün onun dediyi təklif barədə düşünəcəyini deyir. Bəşir həmin gecə yatmır və pis fikirləri ağlından qovmağa çalışır.

Növbəti gün Fəridə Nail ilə görüşdən qayıdanda Bəşirin evə tez gəldiyini görür. Fəridəni saxlayıb ona sözü olduğunu deyir. Fəridədən haradan gəldiyini soruşanda o özünü itirmədən qonşu ilə söhbət etdiyini bildirir. Bəşir onun üstünə qışqıraraq, “Mən namuslu adamam, namusuma xələl gəlməsinə yol vermərəm, bir də məndən icazəsiz heç kimlə danışma” deyir.

Daha sonra fikrini dağıtmaq üçün qəsəbədə gəzintiyə çıxır. Bu vaxt Nail fürsətdən istifadə edərək onun evinə gəlir və Fəridə ilə söhbət edir. Bu zaman Bəşir evə daxil olur, gəlini Fəridə ilə qonşusu Naili normaldan daha yaxın görür.

Bu vaxt onların arasında mübahisə yaranır. Bəşir Naili itələyir, Nail isə həyətdə olan küt alətlə Bəşirə ard-arda həm baş, həm də bədən nahiyəsindən xəsarətlər yetirir. Aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən Bəşir elə yerindəcə həyatını itirir.

Nail Vəliyev (şərti ad və soyad) isə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilir.

Naxçıvanda yağışın fəsadları aradan qaldırılır | FHN iş başında

Naxçıvanda yağışın fəsadları aradan qaldırılır | FHN iş başında

Hadisə
31 avqust 2024
Goranboyda yanğın baş verdi | FHN hadisə yerində

Goranboyda yanğın baş verdi | FHN hadisə yerində

Hadisə
31 avqust 2024
Sumqayıtda dəhşətli hadisə | 18 yaşlı oğlan niyə bıçaqlandı?

Sumqayıtda dəhşətli hadisə | 18 yaşlı oğlan niyə bıçaqlandı?

Hadisə
31 avqust 2024
Göygöldəki kütləvi zəhərlənmənin təfərrüatı məlum oldu

Göygöldəki kütləvi zəhərlənmənin təfərrüatı məlum oldu

Hadisə
31 avqust 2024
Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama

Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama

Hadisə
30 avqust 2024
Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

Hadisə
30 avqust 2024
Yanğın yerindən son görüntülər | Nəqliyyatın hərəkətindəki məhdudiyyət aradan qaldırıldı

Yanğın yerindən son görüntülər | Nəqliyyatın hərəkətindəki məhdudiyyət aradan qaldırıldı

Hadisə
30 avqust 2024
Göygöldə kütləvi zəhərlənmə | 10 yaşlı uşaq vəfat etdi

Göygöldə kütləvi zəhərlənmə | 10 yaşlı uşaq vəfat etdi

Hadisə
30 avqust 2024
Ayının ahıl kişiyə hücumunun detalları | Yaralının son vəziyyəti açıqlandı

Ayının ahıl kişiyə hücumunun detalları | Yaralının son vəziyyəti açıqlandı

Hadisə
30 avqust 2024
Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı

Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı

Hadisə
30 avqust 2024
Seçilmişlər
icon