Pleyeri seçin:
Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV
Qubanın Dağlı kəndində bədbəxt hadisə baş verib.
Kənd məktəbində bədən tərbiyəsi müəllimi işləyən 41 yaşlı Vüqar Atayev həyatını itirib. Onun hamamda dəm qazından zəhərləndiyi bildirilir.
“Hadisə gecə saatlarında baş verib. Çox yaxşı müəllim idi. Şagirdlərinin hamısının hörmətini qazanmışdı”, – deyə mərhumun iş yoldaşı Yaqub Abdullayev söyləyib.
Qusar rayonunda da dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Bir ailənin dörd üzvü – Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova və iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin tibbi yardımdan sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ailənin dörd üzvü də evə buraxılıb.
Kopyalandı
#Quba teqi istifadə olunub
- Qubalı dörd dost Xəzərdə batmaq təhlükəsi ilə üzləşdi - Baku TV
- Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsinə mediatur təşkil edib - Baku TV
- "Hamınız üstümə niyə cumursunuz?!" | Stadionla bağlı məsələ sakinləri özündən çıxardı - Baku TV
- "Körpü uçmuşdu, təmir etməmişdilər!" | Faciəvi şəkildə ölən 11 yaşlı oğlanın yaxınları - Baku TV
- "Su aparıb, tədbir görən yoxdur!" - Kənd sakinləri dəhşət yaşadı | "O dəfə balaca uşaq..." - Baku TV
