"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə cinayət işinin ibtidai istintaqını aparan Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi ifadə verib.
Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşılmazlıqlara müstəntiq aydınlıq gətirib.
Təqsirləndirilənin vəkilləri isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən anlaşılmazlıqların olduğunu deyiblər.
Buna görə də vəkil Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra protokollara əlavə edilmiş hal şahidlərininin ifadələri ilə bağlı təqsirləndirilənin vəkili Fərid Həsənov vəsatət verərək, hadisə baş verən zaman hal şahidlərinin həqiqətən də hadisə yerində olub-olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.
#İlduzə Hacıyeva teqi istifadə olunub
- Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI
- "Arzum"un vəkilindən məhkəmənin detalları ilə bağlı açıqlama - Baku TV
- Tiktoker "Arzum"un növbəti məhkəməsi yekunlaşdı | Hansı qərar verildi? - Baku TV
- Tiktoker "Arzum" yenidən məhkəmədə | Əməkdaşımız məlumatları açıqladı - Baku TV
- Tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti proses keçirilir - Baku TV
