Pleyeri seçin:
Qaxda "Gəlin maşını"na qoyulan məktub faciəyə səbəb oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunda bəy qız toyunda gəlinin keçmiş sevgilisini bıçaqlayıb. Hadisə toyun keçirildiyi şadlıq evinin yaxınlığında baş verib.
Qax rayon sakini 25 yaşlı Yamən Şıxəmirli Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov tərəfindən bıçaqlanıb.
Bıçaqlanan şəxsin əmisi iddia edir ki, hansısa yazıya görə bəy onun qardaşı oğluna xəsarətlər yetirib.
Yaralı Yamən Şıxəmirli xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyəti orta ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Yamən Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ariz Əhmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Qax teqi istifadə olunub
- Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI
- Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI
- “Nə alan var, nə soruşan” | Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
- Görüşdə hansı rayonların sakinlərinin müraciətləri dinləniləcək? - Baku TV
