"Instagram" fotosuna görə ana və bacısını qətlə yetirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Instagram”da paylaşdığı fotolara və əxlaqsızlığa görə 62 bıçaq zərbəsi ilə bacısı və anasını qətlə yetirən Murad Niftizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə 2019-cu il dekabrın 13-də paytaxtın Bakıxanov qəsəbəsində baş verib. Belə ki, Murad Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadənin əxlaqsızlıqla məşğul olmalarını bilib, bunu qəbuledilməz hesab edib. Dekabrın 13-də onların Bakıxanov qəsəbəsindəki yaşadığı mənzilə gəlib, anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib.
Məhkəmə iclasında Murad Niftizadə ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə Murad Niftizadənin cəzasını 18 ilə endirib.
#İnstagram teqi istifadə olunub
- Şəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilib
- "Instagram"ın ən böyük xəbər səhifələrindən olan BAKU.WS rekorda imza atdı - Baku TV
- BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb
- Bu videolar televizorlarda izlənilə biləcək
- Artıq hamı bunu işlədir! | Dünyada ən çox yüklənilən tətbiq hansıdır?
