Pleyeri seçin:

"Instagram"da tanış olduğu şəxsi öldürən qatildən etiraf | Ağır cəza verildi

15 yanvar 2025 328 baxış

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rəhim Əsədov son sözlə çıxış edərək bildirib ki, quldurluq etmək niyyəti olmayıb.

O, qətl hadisəsinə görə peşman olduğunu deyib. Təqsirləndirilən şəxs özünü 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib. Hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Məhkəmə Rəhim Əsədova 17 il 6 ay həbs cəzası verib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranan mübahisə zamanı Rəhim Əsədovun bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib. Rəhim Əsədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Rəhim Əsədov ifadəsində bildirib ki, Rəşidlə “Instagram” sosial şəbəkəsində tanış olub. O, həmyaşıdını ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib.

Xatırladaq ki, Rəşid İmanovun atası əvvəlki proseslərdə oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını bildirib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 328 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 328 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 328 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 328 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 328 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 328 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 328 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 328 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 328 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 328 baxış
Seçilmişlər
icon