"Kişi deyilsən" dedi, qisasını aldı | Xəyanətin qurbanı kim oldu? - SONUNCU ŞAHİD
Yeniliklərdən dərhal xəbərdar olun
“Sonuncu şahid”in budəfəki buraxılışı kürəkənin qaynı tərəfindən qətlə yetirilməsinin təfərrüatları əsasında çəkilib.
Belə ki, həyat yoldaşı Tələt Haqverdiyev (şərti ad və soyad) tərəfindən döyülən və təhqir edilən Günel Nağıyeva (şərti ad və soyad) yaşadıqlarını qardaşı Afiq Nağıyevə (şərti ad və soyad) danışaraq artıq bunlara dözə bilmədiyini, həmçinin ərinin ona xəyanət etdiyini bildirir.
Ertəsi gün Tələti izləyən Afiq onu parkda sevgilisi Könüllə (şərti ad) birlikdə yaxalayır. Tələt ona “sən necə adamsan?” deyən Afiqi kənara çəkərək alçaldır.
Günorta saatlarında Afiq iti addımlarla Tələtin evinə yaxınlaşır. O, bacısına verilən zülmdən və ona deyilən “sən kişi deyilsən” sözlərindən sonra Tələti güllə ilə qətlə yetirir. Sonra isə könüllü surətdə polisə təslim olur.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
