Pleyeri seçin:

"Nə olsa da, bunu etməməlidir" | Küsən sürücünün hərəkəti sərnişinləri şoka saldı - Baku TV

10 iyul 2026 335 baxış

Sosial şəbəkələrdə yayılan görüntülər ictimai nəqliyyatda baş verən hadisəni gündəmə gətirib.

Belə ki, avtobusda sərnişinlərdən biri səhvən “Stop” düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq nəqliyyat vasitəsindən enib və bir müddət fasilə verib.

Bu vəziyyət sərnişinlərin narazılığına səbəb olub. Onlar baş verənləri lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Baku TV məsələ ilə bağlı vətəndaşların fikirlərini öyrənib.

“İnsan əsəbiləşə bilər. Hamımız insanıq və bir-birimizi başa düşməliyik. Amma sürücü buna görə avtobusdan düşməməli idi”, – deyə sürücülərdən biri bildirib.

“Sürücü heç bir halda iş yerini tərk edib gedə bilməz. Çünki avtobusda ondan başqa sərnişinlər də var”, – deyə sakin qeyd edib.

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, şirkətin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində sürücü ilə sərnişin arasında baş vermiş insident araşdırılıb. 

Araşdırma zamanı sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən edilib. Sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

“BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib. Həmçinin gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin gücləndirilməsi və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 335 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 335 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 335 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 335 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 335 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 335 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 335 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 335 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 335 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 335 baxış
Seçilmişlər
icon