"Nikosayağı"nın düşdüyü ağır qəzanın anbaan görüntüləri
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb. Hadisənin baş vermə anı təhlükəsizlik kamerasına düşüb.
Qeyd edək ki, bu gün saat 01:00 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Nafis oğlu Şakirli idarə etdiyi “Porsche” markalı 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi “Scania” markalı yük avtomobilinə vurub.
Qəza nəticəsində Nicat Şakirlinin sərnişini – Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəza nəticəsində zərərçəkmiş şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
#Nicat Şakirli (Nikosayağı) teqi istifadə olunub
- Bloger Nikosayağı-nın Porsche-si ilə bağlı saytda elan paylaşıldı
- 5 illik həbs edilən “Nikosayağı” danışdı | Bir daha üzr istəyirəm ki...
- Nikosayağının vəkilindən təsirli çıxış | Məhkəmədən görüntülər
- “Nikosayağı”nın məhkəməsində nələr oldu? - Anbaan görüntülər
- “Nikosayağı”ya hökm oxundu, Xankəndi ermənisi danışdı, Separatçılarla təkbətək görüş
