"Onları öldürüb, övladları da..." - Bakıda faciə: cinayət törədib gizləndi, meyiti tapıldı - Baku TV
Sabunçu rayonunun Ramana qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.
Məlumata görə, qızının ad gününə gələn Vüsal Lütvəliyev övladını görmək istəyib. Lakin keçmiş həyat yoldaşı Xəyalə və onun anası İradə buna icazə verməyiblər. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
İddialara görə, mübahisə zamanı Vüsal Lütvəliyev əvvəlcə qayınanasını, daha sonra isə keçmiş həyat yoldaşını uşaqlarının gözü qarşısında yaşadıqları evin həyətində qətlə yetirib.
“Ad günləri idi. Həm yoldaşını, həm də anasını evin həyətində öldürüb”, – deyə mərhumun qonşularından biri bildirib.
Digər qonşunun sözlərinə görə, ailə bir müddət Şəkidə yaşayıb, lakin təxminən iki ay əvvəl Xəyalə həyat yoldaşından ayrıldıqdan sonra anasının yanına köçüb.
“Biz buraya köçəndə o qız təzə ailə qurmuşdu. Şəkidə yaşayırdılar. Sonra ayrıldı və təxminən iki ay əvvəl anasının yanına gəldi. Deyirdilər ki, yola getməyiblər. İndi eşitdik ki, keçmiş əri onları həyətdə qətlə yetirib. Körpə uşaqları da var idi”, – deyə qonşu bildirib.
Qeyd edək ki, 35 yaşlı Vüsal Lütvəliyev hadisəni törətdikdən sonra qaçaraq qonşulardan birinin həyətində gizlənib. Bir müddət sonra isə onun meyiti həmin ərazidə aşkar edilib.
#Sabunçu teqi istifadə olunub
- Ərini öldürməkdə təqsirləndirilən qadına ağır cəza verildi - Baku TV
- "Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV
- "Sabunçuya baxan yoxdur!" | Antisanitar vəziyyət | "Bizə hörmət etmirlərsə, heç olmasa..." - Baku TV
- Sabunçu sakinlərinin yol və zibil problemi
- Sakinlər sahibsiz küçə itlərindən də şikayət edir
