"Qanı gördüm, dedilər ki..." | Sabunçudakı avtobus dayanacağında qandonduran hadisə - Baku TV
Sabunçu rayonunun Pirşağı qəsəbəsində qətl hadisəsi baş verib.
Qanlı hadisə avtobus dayanacağında qeydə alınıb.
Məlumata görə, üç dost Kürdəxanı qəsəbəsində yerləşən kafelərdən birində yeyib-içdikdən sonra sərxoş vəziyyətdə həmin əraziyə gəlib. Bir müddət sonra onların arasında mübahisə yaranıb. Mübahisə zamanı 27 yaşlı Sakit Piriyev üzərində gəzdirdiyi bıçaqla əvvəlcə dostu Məzahir Xələfova, daha sonra isə Balağa Ağayevə bıçaq xəsarətləri yetirib.
Məzahir Xələfov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Digər yaralı Balağa Ağayev isə ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Sakit Piriyev saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
#Sabunçu teqi istifadə olunub
- Ərini öldürməkdə təqsirləndirilən qadına ağır cəza verildi - Baku TV
- "Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV
- "Sabunçuya baxan yoxdur!" | Antisanitar vəziyyət | "Bizə hörmət etmirlərsə, heç olmasa..." - Baku TV
- Sabunçu sakinlərinin yol və zibil problemi
- Sakinlər sahibsiz küçə itlərindən də şikayət edir
