Pleyeri seçin:
Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunun Qazqumlaq kəndində fərdi yaşayış evində yanğın baş verib.
Kənd sakini Rüstəmov Vüsal Ərziman oğluna məxsus birmərtəbəli, 3 otaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, yanğına həyət ərazisində, tayada saxlanılan ot bağlamasının alışması səbəb olub. Alov daha sonra evə keçib. Hadisə nəticəsində həyətdə saxlanılan ümumilikdə 12 ton ot bağlaması da tamamilə yanıb.
Yanğın yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Alov söndürülüb, ətrafdakı evlərin yanğından mühafizəsi təmin edilib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Ucarda güclü yanğın | Bir neçə kənd işıqsız qaldı - Baku TV
