Pleyeri seçin:
"Qayaya çiçək yığmağa çıxmışdı" | Kəlbəcərdəki faciəvi hadisənin detalları məlum oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcərdə 63 yaşlı kişi qayalıqdan yıxılaraq dünyasını dəyişib.
Hadisə rayonun Qamışlı kəndində qeydə alınıb.
Əslən Kəlbəcərdən olan, Goranboy rayonunun Qaraçinar kəndində müvəqqəti məskunlaşan Rəşid Baxışov məzuniyyətə çıxaraq doğma kəndinə gedib.
Mərhumun oğlu Xəyyam Baxışovun sözlərinə görə, atası həmin gün qohumu ilə birlikdə çiçək yığmağa yollanıb:
"Daşlar ayağının altından sürüşüb və yıxılıb. Hadisədən sonra kənddən kömək çağırıblar. Təxminən iki-üç saat sağ qalıb. Torpaqlarımız işğaldan azad olunandan sonra tez-tez Kəlbəcərə gedərdi. Deyirdi ki, mən ora ilə nəfəs alıram".
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Kəlbəcər teqi istifadə olunub
- Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV
- Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə tarixi abidəyə baş çəkdilər - Baku TV
- Diplomatik korpusun nümayəndələri festivalda iştirak edib - Baku TV
- Kəlbəcərdə əmək bazarında yeni mərhələ | İş axtaranlar üçün yeni imkanlar - Baku TV
- Kəlbəcərdə mina partladı | Yaralının vəziyyəti açıqlandı - ANA XƏBƏR
