"Qızım gördü ki, dədəsini öldürür..." | Yataqxanada faciə
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə ailə münaqişəsi zəminində baş verən dava zamanı iki nəfər bıçaq xəsarətləri alıb.
Hadisə şəhərin Üzeyir Hacıbəyov və Fərhad Əliyev küçələrinin kəsişməsindəki yataqxana binasında qeydə alınıb.
Qeyri-rəsmi nikahda yaşayan 29 yaşlı Orxan Paşayev və 31 yaşlı Aygün Məmmədovanın davamlı mübahisəsinə bu dəfə valideynlər də qarışıb.
Nəticədə Orxan Paşayev və anası, 55 yaşlı Nazlı Paşayeva bıçaq xəsarətləri alıblar.
Onları yaralamaqda təqsirləndirilən Aygün Məmmədovanın anası bildirib ki, hadisə özünümüdafiə zəminində baş verib:
"Orxan yoldaşımın boğazından yapışmışdı. Qızım gördü ki, atasını öldürür, evdən bıçaq gətirdi. Yoldaşımın ayağı ilişib yıxıldı, Orxan da onun üzərinə düşdü. Bıçaq Orxanın ayağına dəydi. Sonra anası qızımın yaxasından yapışdı, ikisi də yıxıldılar və bıçaq Nazlının qolunu kəsdi".
TƏBİB-in məlumatına görə, hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Hadisəni törətməkdə təqsirləndirilən A.Məmmədova şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
