Pleyeri seçin:

"Qobu Park-3"də qandonduran qətl | Təcili yardım çağırmağa qoymadı ki...

26 noyabr 2025 461 baxış

Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksində qətl hadisəsi baş verib. Binanın 52 nömrəli mənzilində, divanda 35 yaşlı Bəhruz Məmmədovun meyiti aşkar edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə təqsirli bilinən 34 yaşlı Füzuli rayon sakini Nahid Həsənov saxlanılıb.

İş üzrə dindirilən Nahid Həsənov bildirib ki, Bəhruz Məmmədovla məktəbdə bir sinifdə oxuyublar, aralarında ədavət olmayıb. 2025-ci ilin avqustun 4-də işdən evə gələndə, həyətdə oynayan oğlu Osman Bəhruzun bacısı oğlunun onu vurduğunu deyib.

Nahid həmin uşağa bir də belə şey etsə, onu cəzalandıracağını söyləyib. Uşaq da bu barədə dayısı Bəhruza deyib. Bəhruz Nahidə zəng edərək söhbət etmək üçün onu stadionun yanına çağırıb. Oraya gedəndə Bəhruz yumruqla Nahidin sinəsinə zərbə vuraraq ayağından tutub və onu yerə yıxıb. Ətrafdakı şəxslər onları ayırsa da, Bəhruz yenidən onun üzərinə gəlib. Bu zaman bıçağı çıxararaq ona zərbə endirib. Sonra hər ikisi hadisə yerindən uzaqlaşıb.

Nahid bir müddət sonra qardaşı Cahidə zəng edib, hadisə barədə məlumat verib. Qardaşı Bəhruzgilə gəlib, onun yaralı halda divanda uzandığını görüb. Bəhruz Cahidə qardaşının tutulmağını istəmədiyi üçün Təcili yardıma məlumat vermədiyini bildirib. Təxminən 2 saat sonra Cahid qardaşına zəng edərək Bəhruzun öldüyünü deyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Aytəkin Muradova ifadəsində göstərib ki, işdən gələndə evdə həyat yoldaşını, qardaşı Bəhruzu və Nahidin qardaşı Cahidi görüb. Qardaşının bıçaqlandığını öyrənib. Cahid Bəhruza Təcili tibbi yardım çağırmasını bildirsə də, qardaşı razılaşmayıb. Bir müddətdən sonra qardaşının halı pisləşəndə, Cahidin təkidi ilə 103-ə zəng edib, məlumat veriblər. Buna baxmayaraq Bəhruzun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə iclasında Nahid Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 461 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 461 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 461 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 461 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 461 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 461 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 461 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 461 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 461 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 461 baxış
Seçilmişlər
icon