Rüşvətə görə ifşa olunan vəzifəli şəxsə cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirən daha bir vəzifəli şəxs ifşa olunub.
Baş Prokurorluqdan bildirilib ki, cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan qurumun Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi Anar Aslanov ayrı-ayrı şəxslərdən 55 min manat rüşvət alıb.
Pul müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarın tələblərini pozaraq, yəni 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunan istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirib.
İş üzrə toplanmış sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
