Sabirabadda ər keçmiş həyat yoldaşına xəsarət yetirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda ər keçmiş arvadının yaşadığı evə hücum edib. Hadisə iyunun 16-da gecə saatlarında baş verib.
Kürdəmirin Mehdili kənd sakini Daşqın Mehdiyev sərxoş halda evin qarşısına gələrək əvvəlcə orada dayanan minik avtomobilini yararsız hala salıb.
İnsidentin qarşısını almaq istəyən zaman Daşqın Mehdiyev keçmiş qaynı Miri Əliyevə və keçmiş həyat yoldaşı 35 yaşlı Günel Mehdiyevaya xəsarətlər yetirib. Həmin anlar müşahidə kameralarına da düşüb.
Hadisədən sonra Miri Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək gecə saatlarında keçmiş kürəkəni Daşqın Mehdiyevin onların yaşadığı ünvana gəlməsi, evin qarşısında saxladığı minik avtomobilini dəmir linglə yarasız hala salması, eləcə də ona və bacısını təhqir edərək xəsarət yetirməsi barədə məlumat verib.
Qeyd edilən əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Mehdiyev saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Günel Mehdiyeva və Daşqın Mehdiyev 13 il evlilikdən sonra 3 il əvvəl ayrılıblar.
#Sabirabad teqi istifadə olunub
- "Hamısı dedi ki, lal-kardır, bunu niyə..." | Pensiyası kəsilən 16 yaşlı Röyalın nənəsi kömək istədi
- Sabirabad rayonunda Kür çayı bəndi yardı - Baku TV
- Sabirabadda körpü uçdu, kombayn kanala aşdı | Dəhşətli hadisənin təfərrüatı - Baku TV
- Sabirabadda dinin siyasiləşməsi və məzhəbçilik mövzusunda regional konfrans
- "Namusuna heç kim nəsə deyə bilməz!" | Qızı öldürülən ana fəryad etdi: "Uşağımın üstünə atdılar"
