Pleyeri seçin:
Sabirabadda polisdən əməliyyat | Saxlanılanlar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fermada çətənə kolları yetişdirən dörd nəfər saxlanılıb.
Sabirabadda polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri – Fəzail Məcidov, qardaşı Fədayıl, İnqilab İsmiyev və Elşad Heydərli saxlanılıblar.
Bu haqda Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Çöl Beşdəli kəndində yerləşən iki qardaşa məxsus fermanın sahəsinə baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri yaş çəkisi yarım ton olan 516 çətənə kolu və 6 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Kopyalandı
#Sabirabad teqi istifadə olunub
- "Hamısı dedi ki, lal-kardır, bunu niyə..." | Pensiyası kəsilən 16 yaşlı Röyalın nənəsi kömək istədi
- Sabirabad rayonunda Kür çayı bəndi yardı - Baku TV
- Sabirabadda körpü uçdu, kombayn kanala aşdı | Dəhşətli hadisənin təfərrüatı - Baku TV
- Sabirabadda dinin siyasiləşməsi və məzhəbçilik mövzusunda regional konfrans
- "Namusuna heç kim nəsə deyə bilməz!" | Qızı öldürülən ana fəryad etdi: "Uşağımın üstünə atdılar"
