Şabranda ağır yol qəzası baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Şabranda ağır yol qəzası baş verib. Hadisə Bakı-Quba avtomobil yolunun 124-cü km-də qeydə alınıb.
Bakı sakini 43 yaşlı Kamil Talışinskinin idarə etdiyi “Ford” markalı avtomobil Quba istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan sərnişinlərdən 3-ü, Bakı sakinləri – 17 yaşlı İsbat Səlimov, 44 yaşlı Məhərrəm Həsənov və Sumqayıt şəhər sakini 56 yaşlı İlham Əliyev hadisə yerində dünyasını dəyişib. Sürücü Kamil Talışinski və digər sərnişin 24 yaşlı Bakı sakini Əli Səfərov isə xəsarətlə Şabran rayon xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, qəzaya düşənlər keçmiş hərbçilər, Vətən müharibəsi iştirakçıları, həmçinin “Legion” Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş. Onlardan İham Əliyev Birinci Qarabağ müharibəsində də olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
#Şabran teqi istifadə olunub
- "Xəstəlik mənbəyidir, amma işlədirik" | Əhali dəhşətli durumda | "İlan-qurbağa çıxarırıq" - Baku TV
- Burada içməli su tapmaq lüks sayılır | Kənd əhalisi niyə susuz qalıb? - Baku TV
- “Deyir, pulum var, gəlib sənin...” - Qalmaqal | "Gəlib çapıblar, o ixtiyarı kim verib?!" - Baku TV
- "Bu kənd tarixdən silinir!" | Sakinlər qorxu içində | "Belə şey Allaha xoş gedər?!" - Baku TV
- “Qorxudan yatmırıq” | İnsanların həyatını kabusa çevirdilər: "Qəbiristanlıqda da olur" - Baku TV
