Sabunçu polisindən əməliyyat | Silahlı şəxslər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub.
R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.
Həmçinin Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.
#Maştağa qəsəbəsi teqi istifadə olunub
- "Heç olmasa, "qrabel" töksünlər..." | Maştağanın yol problemi niyə həllini tapmır? - Baku TV
- TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI
- Maştağada dəhşətli hadisə | Qohumlar bir-birinə niyə düşmən oldu? - 24 SAAT
- "Dedim ki, nə bozarırsan üstümə?" | Maştağada dəhşətli hadisə | "Atasız qaldı, əsəbidir" - Baku TV
- Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV
