Pleyeri seçin:

Sabunçuda 2 illik qətlin detalları məlum oldu

27 iyul 2023 150 baxış

2021-ci il noyabrın 29-u saat 20-də 3 saylı şəhər klinik xəstəxanasında 59 yaşlı Məhəmməd Əliyevin ölməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə məlumat daxil olub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, onun ölümünə aldığı xəsarətlər nəticəsində beyinə qansızma səbəb olub.

Noyabrın 30-da faktla bağlı 57 yaşlı Bakı şəhər sakini Rəhman Əzimov saxlanılıb. Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, noyabrın 27-i aralarında yaranan mübahisə zamanı Rəhman Məhəmmədin üzünə yumruqla zərbə vurub. Arxası üstə yerə yıxılan Məhəmmədin qarın nahiyyəsinə də təpkilə 2 dəfə zərbə endirib. Rövşən Nəzərəliyev müdaxilə edib Məhəmmədi yerdən qaldırarkən isə Rəhman yenidən yaxınlaşıb, təpiklə onun başına ağır xəsartərlər yetirib.

Hadisə yerində olan şəxslər zərərçəkmişi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, Məhəmməd Əliyev noyabrın 29-da xəstəxanada ölüb.

İş üzrə dindirilən Rəhman Əzimov bildirib ki, Məhəmmədin həmin zərbələrin təsirindən öləcəyinə inanmayıb. Onun bir neçə dəqiqədən sonra ayılacağını düşünüb və həmin ərazini tərk edərək evə gedib. Rəhman onu da qeyd edib, həmin vaxt içkili olmasaydı, bu hadisə baş verməzdi.

Məhkəmə iclasında ittiham üzrə özünü qismən təqsirli bilərək ona yüngül cəza təyin edilməsini xahiş edib. Məhəmməd Əliyevin oğlu isə Əzimova ağır cəza verilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Əzimov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 150 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 150 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 150 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 150 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 150 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 150 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 150 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 150 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 150 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 150 baxış
Seçilmişlər
icon