Sabunçuda qandonduran hadisə | Qətlə yetirilən şagird barədə Baş Prokurorluqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Sabunçu rayonu ərazisində 16 yaşlı yeniyetmə həmyaşıdı tərəfindən kəsici alətlə qətlə yetirilib.
Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, oktyabrın 2-də yetkinlik yaşına çatmayan şəxsin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan həmin şəxsin Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı digər yetkinlik yaşına çatmayan şəxsin bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Yetkinlik yaşına çatmayan həmin şəxs iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
