Şagirdləri qamçılayan müəllim
Yeniliklərdən dərhal xəbərdar olun
Müəllim şagirdləri qamçı ilə döyür. Sumqayıtda çəkilən bu video sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Görüntülərin Sumqayıtda “Xəmsə” tədris müəssisəsində lentə alındığı deyilir.
Məsələ ilə bağlı “Xəmsə” Tədris Mərkəzi Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva açıqlama verib.
“O, bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyib. Pandemiya dövründə çalışıb və hadisə də o vaxt olub. Lakin videogörüntülər indi yayılıb. Müəllim artıq bizim müəssisədə çalışmır”, – deyə A.Əliyeva qeyd edib.
Direktorun sözlərinə görə, müəssisədə çalışdığı zaman Elşad Qurbanovdan heç bir şikayət daxil olmayıb və onun şagirdləri hər zaman yüksək nəticə göstərdikləri üçün valideynlər sözügedən müəllimdən razılıqlarını bildiriblər.
#İbdidai sinif şagirdləri teqi istifadə olunub
