Sakinlərdən odlu silahlar götürüldü | Polisdən Hacıqabulda əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul polisi qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Alxan Ağarəhimovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional Qrupundan verilən məlumata görə, onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı “AKS-74” markalı avtomat, həmin silaha aid daraq və 29 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri tərəfindən bir ədəd avtomat, 200-ə yaxın patron, 9 ədəd UZRQM partladıcısı, eləcə də 2-si yivli olmaqla 7 ədəd odlu silah könüllü olaraq polis şöbəsinə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
